четверг, 26 декабря 2019 г.

Arif Qaraşovun oğlunun və bacısı oglu polkovnik Faiq Qasımovun cinayətləri

2017 il Oktyabrın 17-də saat 11:25 radələrində Bakıda daha bir piyada vurulub. Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 15/17 ünvanının qarşısında “Range Rover markalı, 90 AA 707 dövlət nömrə nişanlı, avtomobil yolu keçən piyadanı vurub. Hadisə piyada keçidinin üstündə baş verib.



Yolu keçməkdə olan 20 yaşlı qız həmin avtomobil tərəfindən yolun əks tərəfində, keçidin üstündə vurulub. Zərbənin təsirindən 10 metr irəli düşən piyada başından ağır xəsarət alıb, hadisə yerində olan vətəndaşların köməyilə sürücü yaralını avtomobilə qoyaraq, xəstəxanaya aparıb.



Şahidlər bildirir ki, 20 nömrəli məktəb tərəfdən yüksək sürətlə gələn “Jeep”in sürücüsü keçiddə yolu keçən piyadaya yol verən avtomobillərin dayandığını gördükdə, avtomaşını dayandıra bilməyib. Qarşıdakı avtomaşınla düzgün ara məsafəsi saxlamayan sürücü toqquşmadan yayınmaq üçün qarşı yola çıxıb. Bu zaman keçiddə olan qızı vurub.

Unikal.org-a daxil olan məlumata görə, “Jeep” markalı, 90 AA 707 dövlət nömrə nişanlı, avtomobil “MARS – FK LTD” şirkətinə məxsusdur. Bu şirkət nar istehsalı ilə məşğuldur. Şirkətin ümumi sahəsi 407 hektardan ibarət ilk nar bağı 2009-cu ildə Kürdəmir rayonunun Karrar kəndində salınıb.Fərhad Qaraşov
Xatırladaq ki, F.Qaraşov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun oğludur.

Şirkətin baş ofisi Bakı şəhər Yasamal rayonunda yerləşdiyindən hadisə elə sözügedən ərazidə baş verib.

Məlum olub ki, avtomobil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun oğluna məxsusdur. Qəzanı törədən nömrə A. Qaraşovun oğlu Fərhad Qaraşova məxsus olub. Bu nömrə rəsmi olaraq Mars-FK LTD şirkətinin adınadır.
Arif Qaraşov

Əldə etdiyimiz məlumatda bildirilir ki 2006 ildə Arif Qaraşovun bacısı oglu Yasamal Rayon polis idarəsinin rəis müavini polkovnik Faiq Qasımov tam sərxoş vəziyyətdə idarə etdiyi dövlət nömrəsi 009 olan dəyəri 120 min dollarlıq Mersedes Benz markalı bahalı avtomobillə VAZ 06 markalı avtomobilə toqquşur.Qəza nəticəsində Əsgər Əkbərov soyadlı Bakı sakini hadisə yerində Polkovnik Faiq Qasımovun günahı ucbatından keçinir


Hadısə yerindən polislərin köməyi ilə qacmaga müəssər olan polis polkovniki Faiq Qasımov hadısə yerinə qaynatası Əlini qoymaq istəyib lakin hadisə şahidlərinin köməyi ilə Faiq Qasımovun sükan arxasında olması sübut olunur.



Hadisə ilə baglı Bakı şəhər prokururlugunda cinayyət işi açılır

Bundan sonra dayısı Arif Qaraşovla birlikdə törətdiyi hadısə ilə baglı mərhumun ailəsinə minnətçi düşən cinayətkar polkovnik Faiq Qasımov zərərcəkən ailəyə onun əff olunmasl üçün hər gün gələrək yalvarır

Mərhumun anasının ayaqlarına düşərək yalvaran cinayətkar polkovnik nəhayət ki ailəni barışmaga razı salır.Mərhumun ailəsinə vədlər verərək barışdıqdan sonra xain xislət polkovnik bir dəfəlik yoxa cıxır

Xalqdan ogurlanan pullar hesabına Qaraşovların toplagıdı milyon dollar vəsait hesabına beləcə bir azərbaycanlınında qanı batırılır və huquq mühafizə orqanları bununla baglı heç bir tədbir görmürlər

İnformasiya şöbəsi
https://euroasia-news.net/2017/10/17/arif-qarasovun-oglunun-və-cinayətkar-bacisi-oglu-polkovnik-faiq-qasimovun-cinayətləri/

Комментариев нет:

Отправить комментарий

UKRAINE DEMANDS THE ARREST OF AGENT RUSSIAN KGB swindler ELSHAD ABDULLAYEV('Paris

  UKRAINE DEMANDS THE ARREST OF ELSHAD ABDULLAYEV „Obolon“ district court in Kiev established the facts of surgical operations for the ...