суббота, 11 января 2020 г.

Tovuz Rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərovun milyonluq villası

Bu gördüyünüz dəyəri 10 milyon manat olan malikanə 50 gün ərzində yandırılaraq qətlə yetirilən Tovuz sakini 10 yaşlı Nərminin qatilini tapa bilməyən, səriştəsiz, bacarıqsız Tovuz Rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərovundur.

Xatırladaq ki Şirzad Əsgərovun rəsmi maaşı 1500 azn təşkil edir.Şirzad Əsgərovun milyonlarla manat pula bu çür malikanə tikməsi rəisin gecə gündüz rüşvət almasından xəbər verir.Hər halda bu məsələ Daxili İşlər Naziri Vilayət Eyvazovu düşündürməlidir.Əks halda cənab Vilayət Eyvazovun Şirzad Əsqərovun bu korrupsiya rüşvət faktlarına göz yumması ictimaiyyət tərədindən şübhələrə yol açacak.

Hər halda ümid edək ki Vilayət Eyvazov Bakı şəhəri DYP idarəsində apardıgı islahatları Tovuz rayonundada davam etdirəcək.

Keçəyin mətləbə





Şəkildə gördütünüz bu on milyonluq villa Gəncə şəhəri Əziz Əliyev küçəsində, "İdeal" və "Firuzə" şadlıq saraylarının yaxınlığında ucaldılıb. İndi siz deyin, xalqı soyaraq başı rüşvətlə villa, malikanə tikdirməyə qarışan adamın, hansısa peşəkar qatili tapmağa fərasəti, bacarığı, vaxtı olarmı? Ölkə prezidenti İlham Əliyev 2012-ci ildə bu polis məmurunu aktiv rüşvət aldıgı üçün "Vətən Uğrunda" medalı ilə təltif edib.

Elə medal aldığına görə də, ölkəbaşçısı Nərminin qətl məsələsini üzərinə götürdüyündən, prezidenti aldatmaq, saxta bir qatil tapıb, işi ört-basdır etmək lazım idi, onu da etdi.Bu sözləri Meydan TV -nin rəhbəri Həbib Müntəzir öz facebook səhifəsində yazıb




Sən demə sentyabr 2019 il tarixdə rüşvətxor polis rəisi Şirzad Əsgərovun qanunsuz əməlləri haqqında criminal.az saytı əməlli başı faktlar yayınlayıbmış.Saytda gedən məlumatda dərc olunur ki,Tovuz rayonundan olan sahibkarlar rayon polis şöbəsinin rəisi Şizad Əsgərovdən şikayətçidir.
Bİr qrup sahibkar Criminal.az saytına bildirib ki, rəis dəbdəbəli villa tikdirir və onun xərclərini iş adamlarına ödətdirir.


''Şirzad Əsgərov polis şöbəsinin işçilərini və sahibkarları bezdirib. Deyilər ki rəisin evi tikilib qurtarsa rahat nəfəs alardıq. Hər həftə evin tikilməsi üçün hamıdan pul yığır'' - deyə şikayətçilər bildirib.


Ş.Əsgərov isə Criminal.az saytına açıqlamasında ittihamları rədd edib və bildiribki, onun haqda deyilənlər böhtandır: "İlk olaraq deyim ki, mən villa tikdirmirəm və sahibkarlardan pul yığımıram. Əgər ev tikdirsəm belə sahibkarlardan pul yığmaram. Kimsə gəlib desin ki, Şirzad Əsgərov ondan bir qəpik alıb, bir kisə sement istəyib. Nə vaxtsa ev tikdirsəm belə ona görə kimisə incitmərəm, ah-nalə ilə tikdirilən evdə yaşamaq olar?".

Bəs o zaman sual olunur bu tikilən villa kimindir ?Yuxarıda dəyəri 10 milyon olan top dagıtmaz qəsr kimə məxsusdur.?Tutalım sən heç kimdən pul sement taxta və s inşaat materalları tələb etməmisən
Ş.Əsgərov bu evin pulunu necə qazanmısan.Buyur çıx ictimaiyyət qarşısında eyni zamanda atributunu daşıdıgın dövlətə gəlir bəyannaməni  açıkla!

Комментариев нет:

Отправить комментарий

UKRAINE DEMANDS THE ARREST OF AGENT RUSSIAN KGB swindler ELSHAD ABDULLAYEV('Paris

  UKRAINE DEMANDS THE ARREST OF ELSHAD ABDULLAYEV „Obolon“ district court in Kiev established the facts of surgical operations for the ...